Dorota Baltsiarova: "İslamiadada Azərbaycan xalqını sevindirmək istəyirəm" - Foto

Dorota Baltsiarova: "İslamiadada Azərbaycan xalqını sevindirmək istəyirəm" - Foto
Karate, Digər, Eksklüziv, Foto
12 Mart 2017 - 10:34
"İslamiadada ümidlərimiz" rubrikası

Böyük ümidlərlə Azərbaycana gətirilən slovak xanım Karatenin kata növündə 8-ci dəfə keçirilən "Baku Open" turnirinin qalibi olan yeni legionerimiz Dorota Baltsiarova Supersport.Az saytına eksklüziv açıqlama verib.

Slovakiyalı xanım idmançı, Azərbaycan haqqında bunları deyib:

"Slovakiyada çempion olandan sonra kata üzrə baş məşqçi Vahid Eyvazov məni Bakıya dəvət etdi. Burada Azərbaycanda hər bir idman növünə yüksək səviyyədə dəstək olurlar. Azərbaycan xalqı çox mehriban və səmimidir. Möhtəşəm baza var. Sizin ölkədə karate çox populyardır. Azərbaycanı təmsil etdiyim üçün çox şadam".

- Bu günkü döyüşləriniz haqqında nə deyə bilərsiniz?

- Mən deyərdim ki, döyüşlərim yaxşı alındı. Qızıl medal qazandığıma görə çox şadam. Katanı çox sevirəm. Həyatımı bu idmana həsr etmişəm.

- İslamiadada qızıl ümidlərimizdən biri sizsiniz...

- Ümumiyyətlə, mən bütün yarışlarda ancaq qızıl medal haqqında düşünürəm. Bütün fikirimi və diqqətimi İslamiadaya yönəltmişəm. Azərbaycan xalqını sevindirmək istəyirəm.

Süleyman Kərimov



 

 

 

Digər xəbərlər