"Böyük Dəbilqə" turnirində ilk medal

"Böyük Dəbilqə" turnirində ilk medal
Digər, Cüdo
11 Mart 2017 - 06:36
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin birinci gününə yekun vurulub.

Supersport.Az xəbər verir ki, Azərbaycan millisi yarışını ilk günündə aktivinə bir medal yazdırıb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov mötəbər turnirin bürünc medalını qazanıb.

Mükafatlandırma mərasimində cüdoçumuza medalı Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev təqdim edib.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışın ilkin mərhələsi saat 13:00-dan etibarən başlayır. Final görüşləri isə saat 17:00-da keçirilir.

Turnirdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparır.

Digər xəbərlər