İslamiadanın idmançı səfirləri ustad dərsləri keçəcəklər

İslamiadanın idmançı səfirləri ustad dərsləri keçəcəklər
İslamiada-2017, Digər
11 Mart 2017 - 09:35
Mart ayının 13, 14 və 15-də cüdo, güləş və futbol üzrə Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsli olan gənclərə Master Klaslar verəcəklər.

Supersport.Az xəbər verir ki, Master Klas “Domestic Grassroots” proqramının əsas layihələrindən biridir. Layihənin əsas konsepti Bakı 2017 idmançı səfirləri tərəfindən verilən üç fərqli Master Klaslardan ibarətdir. Məqsəd idmançı səfirlərin bilik və bacarıqlarını pərəstişkarları və bu idman növləri üzrə gələcək idmançılarla bölüşmək və eləcə də İdmançı səfirləri öz pərəstişkarları ilə görüşdürməkdir.

Üç gün davam edəcək Master Klasslarda iştirakçılar Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi facebook səhifəsindəki müsabiqələrdə qalib olan şəxslər, idman növü üzrə məşğul olan gənc idmançılar və pərəstişkarlar iştirak edəcəklər.

Cüdo üzrə Master Klas martın 13-ü cüdo üzrə fəxrlərimiz və İdmançı səfrilər Rüstəm Orucov və Elmar Qasımov tərəfindən, Güləş üzrə master klas martın 14-ü çempion və İdmançı Səfir Hacı Əliyev tərəfindən keçiriləcək. Futbol üzrə Master Klas isə martın 15-i İkiqat Azərbaycan çempionu və milli yığmanın futbolçusu, eyni zamanda Bakı 2017 İslam Oyunlarının səfiri Ruslan Abışov tərəfindən keçiriləcək.

Master klassların məqsədi İdmançı Səfirlərimiz tərəfindən yeniyetmə və gənc idmançıları həvəsləndirərək onlara idman karyeralarında dəstək verməkdir.

Digər xəbərlər