Taekvondoçularımız “Dutch Open” beynəlxalq turnirində iştirak edəcəklər

Taekvondoçularımız “Dutch Open” beynəlxalq turnirində iştirak edəcəklər
Digər, Taekvondo
09 Mart 2017 - 17:56
Böyüklərdən və gənclərdən ibarət taekvando üzrə Azərbaycanın yığma komandaları Niderlandda təşkil ediləcək “Dutch Open” beynəlxalq turnirində iştirak edəcəklər. Dünya Taekvondo Federasiyası və Niderland Taekv0ndo Federasiyasının birgə təşkilatçılığı ilə Eyndhoven şəhərində keçiriləcək yarışa martın 11-də start veriləcək.

Supersport.Az xəbər verir ki, iki gün davam edəcək “G1” kateqoriyalı reytinq xarakterli yarışa qatılacaq komandalarımız artıq Niderlanda yollanıb.

Yarışa qatılacaq böyüklərdən ibarət yığma komandamızın heyətinə Qaşım Maqomedov, Mikayıl Əliyev (hər ikisi 54 kq), Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev, Məhəmməd Məmmədov (hər ikisi 63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Əliəsgər Əliyev (74 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq), Radik İsayev (87 kq-dan yuxarı), Panis Esmaeilpour (46 kq), Patimat Abakarova, Gülhanım Yeşildal (hər ikisi 53 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) daxil edilib.

Gənclərdən ibarət millimizin mübarizəsində isə ölkəmizi Xanoğlan Kərimov (45 kq), Bəhruz Quluzadə (48 kq), Ayaz Qənbərli (51 kq), Samir Məhərrəmov, Ruslan Seyidov (hər ikisi 55 kq), Cavad Ağayev (63 kq), Minayə Əkbərova (42 kq), Mirvari Qəndərli (44 kq), Sevda Pirseyidova (46 kq) və Zalikə Babayeva (49 kq) təmsil edəcəklər.

Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Eyndhovenə yollanan komandalarımız martın 14-də Vətənə qayıdacaqlar.

Digər xəbərlər