8-ci "Baku Open" ənənəvi beynəlxalq karate turniri keçiriləcək

8-ci "Baku Open" ənənəvi beynəlxalq karate turniri keçiriləcək
Maqazin
07 Mart 2017 - 13:07
Supersport.Az xəbər verir ki, 11-12 mart tarixlərində 8-ci "Baku Open" ənənəvi beynəlxalq karate turniri keçirləcək. Bakı İdman Sarayında müxtəlif yaş qrupları üzrə yarışa 10-dək ölkə karateçiləri qatılacaq.

Turnirin ilk günü böyüklər arasında kata və kumite yarışları, həmçinin 40, 50 və 60 yaşdan yuxarı veteran idmançıların çıxışları olacaq. Elə həmin gün saat !7:00-da təntənəli açılış mərasimindən sonra final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək. Yeniyetmə və gənclər isə ertəsi gün tatamiyə çıxacaqlar. Görüşləri yerli hakimlərlə birgə yarış iştirakçıları olan ölkələrin beynəlxalq hakimləri də idarə edəcək.

8-ci "Baku Open" beynəlxalq karate turniri federasiyanın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.

 

Digər xəbərlər