Gənclərimiz Yakutskdan 1 gümüş və 1 bürünc medalla qayıdır

Gənclərimiz Yakutskdan 1 gümüş və 1 bürünc medalla qayıdır
Digər, Güləş
05 Mart 2017 - 21:18
Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçirilib.

Supersport.Az xəbər verir ki, yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında mübarizə aparan gənc güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla başa vurub.

Yalnız final görüşündə uduzan Asxab Həmzətov (96 kq) gümüş medalla kifayətlənib. 74 kq-da yarışan Abubakr Abakarov isə turnirin bürünc medalına sahib olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edib.

Digər xəbərlər