Vehbi Emre və Hamit Kaplanın xatirə turnirində ilk gün 1 bürünc medal

Vehbi Emre və Hamit Kaplanın xatirə turnirində ilk gün 1 bürünc medal
Digər, Güləş
04 Mart 2017 - 19:55
İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb. Supersport.Az xəbər verir ki, Azərbaycan güləşçilərinin də iştirak etdiyi turnirin ilk günündə 59, 71, 80 və 98 kq çəkidə pəhləvanlar mübarizə aparıb.

Güləşçilərimiz gərgin keçən ilk yarış gününü 1 bürünc medalla başa vurub. 59 kq-da mübarizə aparan Murad Məmmədov fəxri kürsünün 3-cü pilləsində yer alıb.

Ruhin Mikayılov (71 kq) və Orxan Nuriyev (98 kq) isə turniri 5-ci sırada tamamlayıb.

Digər xəbərlər