Sumqayıtda texniki seminar keçirildi

Sumqayıtda texniki seminar keçirildi
Karate, Digər
28 Fevral 2017 - 15:11
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) fəaliyyət proqramına əsasən regionlarda karatenin inkişafı üzrə texniki seminarlar davam edir. Son belə seminar Sumqayıt şəhər Olimpiya İdman Mərkəzində təşkil edilib.

Supersport.Az xəbər verir ki,  AMKF tərəfindən keçirilən seminarda paytaxt və müxtəlif regionlardan 150-dək uşaq, yeniyetmə və gənc idmançılar itirak edib. Texniki seminara AMKF prezidenti, əməkdar idman xadimi, əməkdar məşqçi və 8-ci dan qara kəmər sahibi Yaşar Bəşirov, eləcə də federasiyanın kata üzrə baş məqçisi, əməkdar məşqçi, 6-cı dan Vahid Ayvazov, AMKF-in Sumqayıt şəhəri üzrə nümayəndəliyinin sədri, əməkdar məşqçi, 5-ci dan Akif Kərimov və sədr müavini, əməkdar məqçi, 5-ci dan Rafael Məmmədov rəhbərlik edib.

Karate mütəxəssisləri perspektivli idmançılara qaydalarda dəyişikliklər barədə də məlumat veriblər. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Bir neçə gün əvvəl Bolqarıstanın paytaxtı Sofiyada Yeniyetmə və Gənclərin Avropa çempionatında bürünc medal qazanan Sumqayıt idmançısı Murad Hacızadəyə və ikinci yeri tutan Asya Məlikovaya həmçinin onların məşqçilərinə hədiyyələr təqdim olunub.

Karatenin kütləviliyinə nail olmaz, idmançılarda texniki və taktiki səviyyənin yüksəlməsi baxımından effektli olan belə seminarlar qarşıdakı aylarda respublikanın digər bölgələrində də təşkil ediləcək.

Digər xəbərlər