Arda Turan keçmiş komandasına qarşı oynamayacaq

Arda Turan keçmiş komandasına qarşı oynamayacaq
Maqazin, Futbol
26 Fevral 2017 - 01:36
Supersport.Az-ın məlumatına görə, İspaniya La Liqasında "Atletiko"nun qonağı olacaq "Barselona" Arda Turanın köməyindən imtina edib.

Klubdan verilən açıqlamada artıq yüklənmə səbəbindən 30 yaşlı futbolçu sağ ayağından zədə aldığı məşq etsə də, oyunu buraxacaq.

Baş məşqçi Luis Enrikenin risk etmək istəmədiyindən Arda Turanı heyətə daxil edilməyib. Argentinalı Xavyer Maşerano da qarşılaşmada iştirak etməyəcək.

"Barsa"nın baş məşqçisi hesab edir ki, "Atletiko" ilə oyun həlledici deyil.

"Bu oyun çox mühümdür. İki komanda da yüksək səviyyədədir. Ancaq nəticə çempionluq yarışında həlledici deyil. Son 10 ildə rəqibin etdiklərinə fikir versəniz, onlara qarşı mübarizə aparmağın nə qədər çətin olduğunu anlayarsınız".

"Atletiko" - "Barselona" oyunu bu gün keçiriləcək.

Qeyd edək ki, La Liqada ilk üç yerdə Real Madrid (52 xal), "Sevilya" (52 xal) və "Barselona" (51 xal) qərarlaşıb. "Atletiko" 45 xalla 4-cüdür.

 

Digər xəbərlər