Badri Kvaratsxeliya rəsmən "Şəmkir"də

Badri Kvaratsxeliya rəsmən "Şəmkir"də
Futbol
24 Fevral 2017 - 00:16
"Şəmkir"in yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.

Supersport.Az-ın məlumata görə, komandanı Badri Kvaratsxeliya çalışdıracaq.

"Şəmkir"in  sabiq futbolçusu olmuş 52 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisində də çıxış etmiş Kvaratsxeliya 1998-2005-ci illərdə "Şəmkir"də oynayıb və 110 oyuna 51 qol vurub. O, ölkəmizdə "Qəbələ" və  Standart" klublarında köməkçi məşqçi, "Turan"da isə baş məşqçi kimi çalışıb.

Digər xəbərlər