Fevralın 23-də Bakının “Azərreyl” komandası qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində İstanbulun “Fənərbağça” komandasını qəbul edib.
Rusiyalı baş hakim Aleksandr Pavlovun idarə etdiyi oyunda İstanbul təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Hesabında 15 xal olan “Fənərbağça” qrup lideridir və növbəti mərhələyə vəsiqəni ötən turda təmin edib. “Azərreyl” 9 xalla ikinci, Polşanın “Dabrova Qornitsa” klubu 6 xalla üçüncü pillədə yer alır. Fransanın “Sen-Rafael” komandasının isə xalı yoxdur.