"Qəbələ"nin futbolçusu əməliyyat olundu

"Qəbələ"nin futbolçusu əməliyyat olundu
Futbol
23 Fevral 2017 - 19:11
"Qəbələ" klubunun futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub.

Supersport.Az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbuldakı "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub.

 

Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

 

Qeyd edək ki, Elvin Camalov fevralın 12-də Premyer Liqanın XVIII turunda "Zirə” ilə  keçirilən oyunda zədələnib. Müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanıb və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxıb.

Digər xəbərlər