Azərbaycanda 435 dopinq test keçiriləcək

Azərbaycanda 435 dopinq test keçiriləcək
Digər
23 Fevral 2017 - 18:44
Supersport.Az-ın məlumatına görə, "Antidopinq Konvensiyası"na üzv olan Azərbaycan WADA ilə sıx əməkdaşlığa başlayıb.

Bu məqsədlə ölkəmizdə Azərbaycan Milli Antidopinq Agentliyi yaranıb.

Fevralın 23-də MOK-da AMADA-nın direktoru Şəfəq Hüseynli mətbuata açıqlama verib.

O, bildirib ki, ayın 17-də Beynəlxalq Antidopinq Agentliyindən Azərbaycanın antidopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxarılması ilə bağlı məktub gəlib:

"Artıq çətinlik arxada qalıb, yeni yolun başlanğıcındayıq. WADA bizi dünyanın ən müasir strukturlarından biri kimi tanıdı. Hazırda fəaliyyət istiqamətimiz idmançıları dopinq testindən keçirmək, maarifləndirməkdir. Məşqçi və həkim heyətini də savadlandırmaq istiqamətində işlər görüləcək. Əsas məqsədimiz idmanımızı müdafiə etməkdir. Bu il milli proqram sayəsində 435 test keçirmək nəzərdə tutulub.

Ağırlıqqaldırma, güləş, boks kimi növlər ekstrimal risk qrupuna daxildir. Bu üzdən ora diqqətimiz çox olacaq. AMADA-nın tərkibində Terapevtik İstifadəyə Nəzarət Komitəsi, İntizam Komitəsi və Apellyasiya Komitəsi yaradılacaq. Qurumun fəaliyyətinə 5 nəfərlik müşahidə şurası rəhbərlik edəcək".

Digər xəbərlər