Yaşar Vahabzadə millimizin baş məşqçisi təyin edildi

Yaşar Vahabzadə millimizin baş məşqçisi təyin edildi
Futbol
23 Fevral 2017 - 12:09
Bu il mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iştirak edəcək.

Supersport.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Yaşar Vahabzadə olacaq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında 8 yığma komanda mübarizə aparacaq.

Digər xəbərlər