85 oyundan sonra qələbə

85 oyundan sonra qələbə
Futbol, Foto
23 Fevral 2017 - 08:46
Supersport.Az-ın məlumatına görə, kiçik ölkələrin yığma komandalarının oyunu maraqlı faktla yadda qalıb.

Futbolda son 85 matçda qələbəyə həsrət Andorra, 73 oyun qalib gələ bilməyən San Marinonu yoldaşlıq qarşılaşmasında məğlub edib. San Marino dünya çempiontanın seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindəndir.

Serravalle şəhərində baş tutan oyunda andorralılardan 28-ci dəqiqədə penaltidən İldefonso Lima və 66-cı dəqiqədə Kristian Martines fərqlənib.

Son dəfə 2006-cı ildə Avropa çempionatının seçmə mərhələsində Makedoniyanı üstələyən Andorra, 2004-də Lixtenşteyni yoxlama matçında udan San Marino ilə qarşılaşıb.

İki qolla qalib gələn Andorra, 2000-ci ildən bəri ilk dəfə bir matçda 1-dən çox qol vurub.

 

Digər xəbərlər