AZAL-dan növbəti transfer

AZAL-dan növbəti transfer
Futbol
22 Fevral 2017 - 20:52
Paytaxtın AZAL klubu növbəti transferini həyata keçirib.


 

Supersport.Az xəbər verir ki, "təyyarəçilər" Azərbaycan millisinin sabiq üzvü Bəxtiyar Soltanovu rənglərinə bağlayıb. Son olaraq I divizionda mübarizə aparan "Qaradağ Lökbatan" klubunda çıxış edən 27 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, Bəxtiyar karyerası ərzində "Bakı", "Qarabağ", "Kəpəz" və "Qəbələ" kimi Premyer Liqa klublarında forma geyinib.


Digər xəbərlər