Asim Xudiyevin 60 yaşı tamam olur

Futbol
22 Fevral 2017 - 15:56
Bu gün sabiq futbolçu və hakim Asim Xudiyev üçün xüsusi gündür. Supersport.Az-ın məlumatına görə, Azərbaycanın tanınmış futbolçularından olan və uzun illər “Neftçi”nin şərəfini qoruyan Xudiyevin 60 yaşı tamam olur.


Müstəqillik dönəmində ölkə futbolunun FİFA referisi adını almış ilk 3 hakimindən biri olan Xudiyev hazırda UEFA hakim-inspektoru kimi beynəlxalq matçlara təyinat alır.


Bu yubiley münasibəti ilə Asim Xudiyevi təbrik edir, ona möhkəm cansağlığı və işlərində uğurlar arzulayırıq.

Digər xəbərlər