Azərbaycanda danışılmış oyunlar UEFA-nın nəzarətində: 32 min matç da

Azərbaycanda danışılmış oyunlar UEFA-nın nəzarətində: 32 min matç da
Futbol
22 Fevral 2017 - 20:55
Supersport.Az-ın məlumatına görə, UEFA prezidenti Aleksander Çeferin danışılmış oyunlarla bağlı açıqlama verib.

Sloveniyalı qurum rəhbəri, danışılmış oyunların qarşısının alınması məqsədilə sərt addımlar atılacağını, 55 ölkədə 32 mindən çox matçla əlaqədar müşahidə edilməsi üçün nəzarət şəbəkəsi yaradıldığını bildirib:

"Üzv ölkələrdəki məhkəmə mexanizmi və hüquq-mühafizə orqanlarının köməyindən faydalanmalıyıq. Çünki bu məsələdə dövlət qədər güclü deyilik. Yəni, sadəcə, "İnterpol"la birgə çalışmağımız uğur əldə etməyimiz üçün yetərli ola bilməz".

Qeyd edək ki, oyun alqı-satqısı Azərbaycan futbolunda da var: həm premyer liqa, həm də birinci divizionda.

2016-cı il noyabrın 22-də UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara əsəsən, AFFA İntizam Komitəsinin qərarına əsasən, 22 futbolçu, 1 inzibatçı və 1 hakim federasiyanın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb. Lakin daha sonra 15 futbolçu barədə qərar qüvvədən düşmüş sayılıb və əlavə 2 oyunçuya . Komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim ediləcək və danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

 

 

 

Digər xəbərlər