Şaolin döyüş sənəti üzrə paytaxt birinciliyinə yekun vurulub

Şaolin döyüş sənəti üzrə paytaxt birinciliyinə yekun vurulub
Digər, Şaolin
22 Fevral 2017 - 11:19
Bakı şəhər 111 nömrəli orta məktəbdə yeniyetmələr arasında şaolin döyüş sənəti üzrə paytaxt birinciliyi keçirilib. Yarışda 25 komandadan 176 idmançı bacarığını nümayiş etdirib.

Supersport.Az xəbər verir ki, “Neftçi İdman Klubu”nun təmsilçiləri paytaxt birinciliyinin 10 medalını (5 qızıl, 1 gümüş, 4 bürünc) qazanaraq komanda hesabında 3-cü yeri tutublar.

Yarışda Nihad Quliyev (33 kq), İsmayıl Zeynalov (50 kq), Rəşad Qəhrəmanov (56 kq), Alim Kazımov (70 kq) və Heydər Qasımov (75 kq) bütün döyüşləri qalibiyyətlə başa vuraraq qızıl medal qazanıblar. Yarışda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Miryaqub Əhədov yalnız finalda məğlubiyyət acısı yaşayıb və gümüş medalla kifayətlənib.

Ziya Məmmədov (36 kq), İsmayıl İsmiyev (52 kq), Abdulxan Hüseynli (56 kq) və Amin Şiriyev (66 kq-dan yuxarı) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Digər xəbərlər