“Qəbələ”də 4 itki

“Qəbələ”də 4 itki
Futbol
22 Fevral 2017 - 12:04
Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”in qonağı olacaq “Qəbələ” oyuna ciddi itkilərlə çıxacaq.

Supersport.Az xəbər verir ki, komandanın müdafiəçiləri Rafael Santos və Vitali Vernidub zədədən əziyyət çəkir. Gənc yarımmüdafiəçi Elvin Camalov əməliyyat olunmaq üçün Türkiyəyə yollanıb.

 

Bir müddət öncə əmiliyyat olunan Asif Məmmədov isə məşqlərə başlasa da, Gəncədə keçirləcək matçda oynamayacaq.

 

"Zirə" ilə matçda qırmızı vərəqə alan və "Qarabağ"la görüşü buraxan "qırmızı-qaralar"ın müdafiəçisi Rasim Ramaldanov cəzasını başa vurub və "Kəpəz"lə oyunda iştirakı gözlənilir.

 

Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” oyunu fevralın 28-də keçiriləcək.

Digər xəbərlər