Qrizmann "Atletiko"nun tarixinə keçdi

Qrizmann "Atletiko"nun tarixinə keçdi
Futbol
22 Fevral 2017 - 11:59


Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" səfərdə "Bayer"i 4:2 hesabı ilə məğlub edib. Sözügedən matç Madrid klubunun hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.

 

Supersport.Az xəbər verir ki, qollardan birinin müəllifi olan fransalı futbolçu adını klub tarixinə yazdırıb. Belə ki, 25 yaşlı oyunçu "Atletiko" forması ilə Çempionlar Liqasında 13-cü qolunu vurub və klubun heyətində bu turnirdə ən çox qol vuran futbolçu ünavanını ələ keçirib.

 

Rekord isə 1964/74-cü illərdə "Atletiko"da çıxış edən Luis Araqonesə məxsus idi (12 qol).

 

Əlavə edək ki, Qrizmann 2014-cü ildən "Atletiko"da çıxış edir.

Digər xəbərlər