Reynaldonun komandasında qadağa

Reynaldonun komandasında qadağa
Futbol
22 Fevral 2017 - 00:53
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasında uğursuz çıxış edən "Adanaspor" rəhbərliyi bir sıra addımlar atıb.

Reynaldonun komandasının məşqləri mətbuat və azarkeşlərin üzünə bağlanıb. Klub prezidenti Bayram Akgül bu qərarın məşqçilərin addımı ilə bağlı olduğunu bildirib:

"Çətin bir dönəmdə bəziləri tərəfindən "klub azarkeşi istəmir" fikrinə bir anlam vermirik. 1954-cü ildən komandanın dayağı olan "Adanaspor" azarkeşi bizim üçün hər zaman böyük güc olub. Məşqlərin qapalı olması məşqçilərin qərarı olmasına rəğmən, bunun başqa cür qələmə verilməsinin təqdirini dəyərli fanatlara həvalə edirəm".

Qeyd edək ki, ötən tur "Osmanlıspor"a 1-5 məğlub olan "Adanaspor" 22-ci turda 25 fevralda "Aytemiz Alanyaspor"la qarşılaşacaq.

Digər xəbərlər