Dünya reytinqi - Qurban Qurbanov 6, Roman Qriqorçuk 17 pillə irəliləyib

Dünya reytinqi - Qurban Qurbanov 6, Roman Qriqorçuk 17 pillə irəliləyib
Futbol, Eksklüziv
22 Fevral 2017 - 08:23
Supersport.Az-ın məlumatına görə, dünya məşqçilərinin reytinqi açıqlanıb.

Bu ilin fevralın 20-nə olan siyahıda "Qarabağ"ın 45 yaşlı baş məşqçisi Qurban Qurbanov da yer alıb. Onun hesabında 1361 xal var. Ötən ili 458-ci pillədə başa vuran Qurbanov, hazırda planetin 452-ci məşqçisidir. Mütəxəssis bir həftə əvvəl də bu pillədə idi.

Reytinqdə "Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk da var. 852 xala malik 52 yaşlı mütəxəssis ötən ilin sonundakı siyahıyla müqayisədə 17 pillə irəliləyərək dünyanın 625-cisidir. Bir həftə öncə Qriqorçuk 632-ci yerdə qərarlaşmışdı.

Qeyd edək ki, dünyanln 1000 mütəxəssisinin olduğu reytinqdə "Real Madrid"in baş məşqçisi Zinədin Zidan (16670 xal) liderdir. "Barselona"nın baş məşqçisi Luis Enrike (15100 xal) ikinci, "Atletiko"ya rəhbərlik edən Dieqo Simeone (13752 xal) üçüncüdür.

 

Digər xəbərlər