"Qızıl oğlan" 38 yaşında! Video

"Qızıl oğlan" 38 yaşında! Video
Futbol, Video
21 Fevral 2017 - 16:14


Bu gün müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən parlaq simalardan olan Zaur Tağızdənin ad günüdür.

 

Supersport.Az-ın məlumatına görə, “Qızıl oğlan”ın 38 yaşı tamam olur.

 

Peşəkar karyerasına Mingəçevirin “Kür-Nur” klubunda (10 oyun; 4 qol) başlayan Tağızadə 1997-ci ildə Estoniyaya yollanıb. Bu ölkənin “Lelle Pyarnu” klubunda meydana çıxdığı 6 oyunda 2 dəfə fərqlənən Zaur, ardınca Islandiyaya yollanıb. “Akranes”də 3 oyun keçirdikdən sonra (1 qol) vətənə qayıdıb. “Şəfa”da 6 ay (16 oyun; 2 qol) forma geyib və yenidən Estoniyaya üz tutub. “Flora Tallin” (9 oyun; 4 qol) onun karyerasında sonuncu əcnəbi klub olub.

 

1999-2000 mövsümündə Bakı MOİK-ində (10 oyun; 1 qol) forma geydikdən sonra “Şəfa”ya keçib. 4 il bu klubun uğurları üçün çalışan Tağızadə 100 oyunda 17 dəfə fərqlənib. “Qızıl oğlan” 2004-cü ildə karyerasının son klubu - “Neftçi” ilə anlaşıb. 2010-cu ildə məhz burada o, karyerasına son qoyub - 132 oyun, 31 qol.

 

“Neftçi”nin heyətində 2 dəfə ölkə çempionu olan, 2 dəfə ölkə kubokunu və 1 dəfə “Birlik Kuboku”nu qazanan Tağızadə 2001-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

 

1997-2007-ci illər aralığında milli komandamızın formasını geyən Tağızadə 40 oyunda 6 dəfə fərqlənib ki, bu qollardan da ən unudulmazı 1999-cu il sentyabrın 4-də Bakıda Portuqaliyanın qapısına vurduğu topdur.

 

2010-2011 mövsümündə “Neftçi”nin əvəzedicilərinin məşqçisi olmuş Zaur Tağızadə, 2011-ci ildən “Qarabağ”da Qurban Qurbanovun köməkçisi kimi fəaliyyət göstərir.

 

Supersport.Az saytı səbəbkarı ad günü münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı arzulayır.

 




Digər xəbərlər