"Kaş ki, Messi braziliyalı olaydı"

"Kaş ki, Messi braziliyalı olaydı"
Futbol
21 Fevral 2017 - 15:29

"Onlar eyni komandada oynasalar, rəqibləri məhv edərlər"


Supersport.Az-ın məlumatına görə, Braziliya milli komandasının baş məşqçisi Adenor Leonardo Bakşhi belə deyib.

"Tite" ləqəbli mütəxəssis, "Barselona"da çox sayda kuboklar, həmçinin beş dəfə "Qızıl Top"u qazanan 29 yaşlı argentinalı futbol ulduzu Lionel Messiyə heyran olduğunu bildirib:

"Qol vəziyyətləri təşķil etmək baxımından böyük istedada malikdir. Başqa futbolçulardan fərqlənir və onların bacarmadığını edir. Doğrusu, Braziliyada doğulmasını istəyərdim".

Braziliyalı məşqçi , Ronaldo və Nessinin müqayisə olunmasına münasibət bildirib:

"Fərqli oyun üslublarına sahibdirlər. Eyni komandada oynasalar, rəqibləri məhv edərlər".




 

Digər xəbərlər