Azərbaycanlı futbolçu rəsmən "Anji"də

Azərbaycanlı futbolçu rəsmən "Anji"də
Futbol
20 Fevral 2017 - 16:24
Moskva "Spartak"ının azərbaycanlı futbolçusu Ayaz Quliyev karyerasını "Anji"də davam etdirəcək.

Supersport.Az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Mahaçkala klubunda icarə əsasında çıxış edəcək. İcarə müddəti mövsümün sonunadək nəzərdə tutulub. Bu barədə məlumat "Anji"nin rəsmi saytından verilib.

Qeyd edək ki, 2014-cü ildən "Spartak"da oynayan həmvətənimiz bu müddət ərzində 17 matçda meydana çıxıb.

Digər xəbərlər