Kamranla Emin kənarda qaldı

Kamranla Emin kənarda qaldı
Futbol
20 Fevral 2017 - 03:46
Portuqaliya çempionatının 22-ci turunda milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun formasını geydikləri "Boavişta" səfərdə "Feirense"nin qonağı olub.

Kamran və Eminin adı matçın protokoluna daxil edilməyib. Həmvətənlərimizin komandası 1:0 hesabla qalib gəlib.

Qeyd edək ki, bu qələbə sayəsində xallarını 29-a yüksəldən "Boavişta" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Digər xəbərlər