Dino Ndlovu: "Azərsun Arena"nı "Qəbələ" üçün cəhənnəmə çevirəcəyik"

Dino Ndlovu: "Azərsun Arena"nı "Qəbələ" üçün cəhənnəmə çevirəcəyik"
Futbol
19 Fevral 2017 - 21:12
Premyer Liqanın XIX turunda “Qəbələ” öz meydanında “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.

Supersport.Az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın futbolçusu Dino Ndlovu sualları cavablanıdırıb.

- Bu, bizim yaxşı oyunlarımızdan biri oldu, daha çox qol vəziyyətləri yaratdıq. Lakin ilk hissədə 1 səhv buraxdıq və rəqib bundan istfadə etdi. Rəqibin qolundan sonra geridönüş etməyimiz bir qədər çətin oldu. Çox qol vəziyyətlərimiz olsa da, istifadə edə bilmədik. Çox təəssüf ki, futbolun nəticəsini qapıya daxil olan top həll edir. Qarşımızda 8 oyun var və onlara daha yaxşı köklənməliyik.

- Bu məğlubiyyət “Qarabağ”a çempionluq yolunda böyük zərbədir?

- Sizin sualınız bir qədər gülüncdür. Ötən il “Qəbələ”yə qalib gəldiyimiz oyundan sonra eyni sualı onlara vermişdinizmi? Mən düşünmürəm ki, siz eyni sualı rəqibin futbolçularına vermirsiniz. Hələ çempionatın sonuna bir neçə tur var və “Qəbələ” ilə öz meydanımızda oyunumuz var. “Qəbələ” həmin oyuna indidən hazırlaşsa, yaxşı olar. “Azərsun Arena”nı “Qəbələ” üçün cəhənnəmə çevirəcəyik. O oyun cəhənnəm oyunu olacaq.

- Necə düşünürsən, “Qarabağ”ın istədiyini verə bilirsən? Ümumiyyətlə, öz oyunundan razısan?

- “Qarabağ” daha əvvəldən mənim keyfiyyətimə bələd idi. Sizin sualınıza mövsüm başa çatdıqdan sonra cavab verə bilərəm. Çünki hazırda komandam üçün əlimdən gələni edirəm. Bu gün məğlub olmağımız mənim pis oynamağımdan irəli gəlmir. “Qəbələ” bu gün qələbəyə layiq idi.

- Verdiyimiz sualı kinayə kimi qəbul edirsiniz. Sadəcə, sizin öz oyununuz haqda fikirlərinizi bilmək istəyirdik...

- Mən sizin sualınızı kinayə kimi qəbul etmirəm. Mən istəyirəm ki, jurnalistlər “Qarabağ”a daha hörmətlə yanaşsınlar. Çünki biz ardıcıl 3 mövsümün çempionuyuq və “Qarabağ”a belə suallar vermək, mənim fikrimcə, gülüncdür.

- Dediniz ki, “Azərsun Arena”nı “Qəbələ” üçün cəhənnəmə çevirəcəyik. Bəs, bu gün niyə alınmadı?

- Mən istəyirəm ki, keçən oyun haqda danışmayaq. Bu gün “Qəbələ” qalib gəldi və biz yenə bilmədiyimiz biləyi sıxdıq, sağollaşdıq. Artıq bundan sonra komandalar arasında növbəti oyunu gözləməliyik. Yenə deyirəm, “Azərsun Arena”nı “Qəbələ” üçün cəhənnəmə çevirəcəyik (sportal.az).

Digər xəbərlər