"Telekom" gözlənilmədən məğlub oldu

"Telekom" gözlənilmədən məğlub oldu
Digər, Voleybol
17 Fevral 2017 - 21:04
Fevralın 17-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV dövrəsinə start verilib.

Supersport.Az xəbər verir ki, günün mərkəzi matçı Azərbaycan Voleybol Mərkəzində “Telekom” və “Azəryol” komandaları arasında keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azəryol” komandası 3:0 hesabı ilə qalib gəlib.

Hazırda Super Liqaya 29 xalla “Telekom” başçılıq edir. “Azərreyl” 23 xalla ikinci, “Azəryol” isə 19 xalla üçüncü yerdə qərarlaşıb.

Digər xəbərlər