İrandan Azərbaycana qarşı təxribat - Foto

İrandan Azərbaycana qarşı təxribat - Foto
Digər, Eksklüziv, Güləş
16 Fevral 2017 - 19:06
bayraq

bayraq3Supersport.Az-ın əldə etdiyi məlumata görə, İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışında Azərbaycana qarşı hörmətsizlik edilib.

Fars rejimi bu dəfə də çirkin əməlindən qalmayıb. İran tərəfi Azərbaycana qarşı təxribat xarakterli addım atıb. Məsələ burasındadır ki, farslar ölkəmizin bayrağında səhvə yol veriblər, əsasən ölçüsü və rəngində. İran, Rusiya ilə görüşə Azərbaycan yığma komandasını bu bayraqla çıxarıb. Ancaq Azərbaycan Güləş Federasiyası rəsmiləri və baş məşqçi Firdovsi Umudovun etirazından sonra farslar söz veriblər ki, bayraq dəyişdiriləcək. Əlavə problem yaranmaması üçün oteldən öz bayrağımız gətirilib.

Qeyd edək ki, Azərbaycan yığma komandası Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A" yarımqrupunda mübarizə aparır. İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz, görüşü 4-4 hesablı bərabərliklə bitirib. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub.

Kamil

Digər xəbərlər