"Zirə" gürcüstanlı futbolçu transfer etdi

"Zirə" gürcüstanlı futbolçu transfer etdi
Futbol
16 Fevral 2017 - 18:38
"Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya bu gün paytaxt təmsilçisinin sıralarına qoşulub. 22 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qoroziya “Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən “Stabek” klubundan gəlib. 2014-cü ildən “Stabek”də çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tbilisinin “Lokomotiv” və Kutaisinin “Torpedo” klubunda forma geyib. Giorgi həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 2012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa Çempionatının yarımfinalına qədər yüksəlib.

Digər xəbərlər