Riçard Almeyda: "Mən bu oyuna "ölüm-dirim" kimi baxmıram"

Riçard Almeyda: "Mən bu oyuna "ölüm-dirim" kimi baxmıram"
Futbol, Eksklüziv
15 Fevral 2017 - 22:34
"Qəbələ" ilə qarşılaşacaq "Qarabağ"ın braziliyalı futbolçusu Riçard Almeyda Supersport.Az saytına açıqlama verib.

"Hamı kimi hakimlər də düz və ya səhv qərar verə bilər. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Biz futbolçu kimi məşq etməli və futbolumuzu oynamalıyıq. Bu kimi şeylərə biz də, "Qəbələ" də fikir verməməliyik. "Qəbələ" böyük klubdur. Yaxşı məşqçiləri və səviyyəli oyunçuları var. Biz başqa rəqiblərə qarşı necə hazırlaşırıqsa, "Qəbələ" ilə oyuna da elə hazırlaşırıq. Məşqçimizin əsas tələbi odur ki, rəqiblər arasında fərq qoymayaq. Hamı kimi mən də fikirləşirəm ki, bu oyun əhəmiyyətli və vacib oyundur. Mən bu oyuna "ölüm-dirim" kimi baxmıram. Futbolda hər şey mümkündür. Hələ qarşımızda çox oyunlar var".

Təcrübəli yarımmüdafiəçi, Azərbaycan millisində oynayacağı ilə bağlı da danışıb:

"Azərbaycan mənim ikinci vətənimdir. Milli komandada oynamaq imkanım olsa, sevə-sevə qəbul edərəm. Amma hələ ki, rəsmi təklif yoxdur".

Süleyman

Digər xəbərlər