"Şahdağ"ın hazırlıq planı

"Şahdağ"ın hazırlıq planı
Futbol
15 Fevral 2017 - 21:15
Qusar "Şahdağ"ı birinci divizionun 17-ci turu çərçivəsində qarşılaşacağı "Mil-Muğan"la oyuna elə bu rəqibinin meydançasında hazırlaşacaq.

Supersport.Az xəbər verir ki, "Şahdağ" 19 fevral tarixində İmişliyə yollanacaq Belə ki, komandamız I Divizionun XVI turu çərçivəsində fevralın 17-i Qusarda "Bakılı" klubunu qəbul edəcək.23 fevral tarixində İmişlinin "Mil-Muğan" kollektivinin qonağı olacaq komandamız oyundan 4 gün əvvəl İmişliyə yollanacaq.

Buna səbəb höküm sürən əlverişsiz hava şəraitinin "Şövkət Orduxanov" adına Qusar şəhər stadionu oyun və məşqlər üçün əlverişsiz hala salmasıdır.19 fevral tarixində "Şahdağ"ın əsas heyəti İmişliyə,əvəzedici heyət isə Qazaxa yola düşəcək.Qazaxa yollanan əvəzedici heyət 20 fevral tarixində saat 14:00-da Qazax şəhər stadionunda Gürcüstanın "Terjola Sapovlena" komandası ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.Əsas heyət 20 fevral tarixindən İmişlidə "Mil-Muğan"la görüşün hazırlıqlarına start verəcək.

Digər xəbərlər