Sərbəst güləşçilərin çəki prosesindən - Fotosessiya

Sərbəst güləşçilərin çəki prosesindən - Fotosessiya
Digər, Güləş
15 Fevral 2017 - 19:41
Fevralın 16-17-də İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.

Supersport.Az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparır.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edir.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

Bu gün yarışda iştirak edən idmançıların tibbi yoxlanışı və çəki prosesi baş tutub. Güləşçilərin çəki mərasimindən fotoreportajı təqdim edirik.

sərbəst güləş3sərbəst güləş2sərbəst güləş6sərbəst güləş4sərbəst güləş5sərbəst güləş7

Digər xəbərlər