İsveçrə şirkəti AFFA-nı yoxladı

İsveçrə şirkəti AFFA-nı yoxladı
Futbol
15 Fevral 2017 - 08:18
Supersport.Az-ın məlumatına görə, İsveçrənin SGS şirkəti 2016-cı ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. Şirkət tərəfindən AFFA-ya ünvanlanmış təbrik məktubunda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Lisenziyalaşdırma qrupu 2017-18-ci il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Digər xəbərlər