“Turkish Open" də daha 2 medal

“Turkish Open" də daha 2 medal
Digər, Taekvondo
14 Fevral 2017 - 16:45
Antalyada təşkil edilən taekvando üzrə “Turkish Open” beynəlxalq turnirində milli komandamızın üzvləri uğurla çıxış edərək daha iki medal qazanıblar.

Supersport.Az xəbər verir ki, “G-2” kateqoriyalı turnirdə mübarizəyə qoşulan Azərbaycan millisinin üzvü Sina Bahrami (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Mikayıl Əliyev (54 kq) isə yarımfinal döyüşündə məğlub olaraq yarışı bürünc medalla başa vurub.


Təmsilçilərimiz indiyədək turnirdə 2 qızıl, 3 gümüş və 4 bürünc olmaqla, ümumilikdə doqquz medal əldə ediblər.

Digər xəbərlər