Türk futbolçu Almaniyada ən yaxşı seçildi

Türk futbolçu Almaniyada ən yaxşı seçildi
Maqazin
14 Fevral 2017 - 02:26
Supersport.Az-ın məlumatına görə, "Qalatasaray"dan ayrıldıqdan sonra "Darmstadt"a keçən türk futbolçu Almaniyada diqqət mərkəzindədir.

Hamit Altıntop Dortmund "Borussiya"sını məğlub etdikləri qarşılaşmada göstərdiyi oyunla Bundesliqada həftənin futbolçusu seçilib.

Bundan əvvəl "Ayntarxt"la matçda son 11 dəqiqədə meydana daxil olan 34 yaşlı futbolçu, "Borussiya" qraşısında ilk dəfə start heyətdə mübarizə aparıb, 2-1-lik qələbədə böyük pay sahibi olub.

Bundesliqanın sosial şəbəkədəki  "Twitter" hesabından keçirilən sorğuda 38 faiz toplayan Hamit Altıntop, 20-ci həftənin ən yaxşı futbolçusu seçilib.

Türk futbolçunu "Bayer"dən Çiçarito 33, "Şalke 04"dən Leon Qoretska 16, "Hamburq"dan Nikolay Müller 13 faizlə izləyib.

Digər xəbərlər