Reynaldonun komandası məğlub oldu

Reynaldonun komandası məğlub oldu
Maqazin, Futbol
14 Fevral 2017 - 01:14
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasının 20-ci turu Reynaldonun komandası üçün uğursuz alınıb.

"Adanaspor" səfərdə "Qaziantepspor"la bacarmayıb. Meydan sahibləri 55-ci dəqiqədə Ben-Hatiranın qolu hesabına qalib gəlib.

Reynaldo 65-ci dəqiqədə Tevfik Altındağı əvəz etsə də, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Bu qələbədən sonra "Qaziantepspor" xalını 14-ə çatdırıb. "Adanaspor"sa 17 xalla 17-ci pillədə qalıb.

Digər xəbərlər