"Trabzonspor" Ramil Şeydayevi pulsuz buraxıb

"Trabzonspor" Ramil Şeydayevi pulsuz buraxıb
Futbol
13 Fevral 2017 - 20:21

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Jilina"ya hansı şərtlərlə keçdiyi açıqlanıb.


Supersport.Az-ın xəbərinə görə, bu barədə "Trabzonspor" rəsmi saytı məlumat yayıb. 20 yaşlı forvard 2018-ci ilin yayına qədər Slovakiya klubunda çıxış edəcək. "Jilina" bunun müqabilində qarşı tərəfə pul ödəməyəcək. Əksinə, oyunçunun aylıq məvacibinin 10 min avrosunu Türkiyə klubu verəcək.

Klublar arasında imzalanan müqavilədə yer alan bəndə əsasən, Slovakiya çempionatının lideri 3 milyon avro müqabilində Şeydayevi birdəfəlik transfer etmək hüququna malik olacaq. Razılığa görə, bu müddətdə və ya 2018-ci ilin yayında futbolçu başqa kluba transfer olunarsa, əldə ediləcək pulun 10 faizi "Jilina"ya çatacaq.

Qeyd edək ki, Ramil Şeydayev ötən yay "Trabzonspor"la 4 illik müqavilə imzalamışdı.

Digər xəbərlər