Almaniya yığması Bakıya nə zaman gəlir?

Almaniya yığması Bakıya nə zaman gəlir?
Futbol
13 Fevral 2017 - 11:58


DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-ı millimizlə qarşılaşacaq Almaniya yığmasının Bakıya səfər proqramı müəyyənləşib.

Supersport.Az-ın Almaniya Futbol İttifaqının saytına istinadən yaydığı xəbərə, görə, Yoahim Lövün komandası martın 24-ü yerli vaxtla saat 14:35-də (Bakı vaxtı ilə 17:35-də) çarter reysli təyyarə ilə Düsseldorfdan Bakıya gələcəklər.

Komanda ertəsi gün onlar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.

Martın 26-ı saat 20:00-da başlanacaq qarşılaşma bitdikdən Almaniya millisi hava limanına gedəcək və gecə saat 02:20-də Frankfurta uçacaq.

Digər xəbərlər