"Turkish Open" turnirində 7 medal

"Turkish Open" turnirində 7 medal
Digər, Taekvondo
12 Fevral 2017 - 21:00
Antalya şəhərində taekvondo idman növü üzrə yarışlar davam edir. G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnir iki gündür başlanıb. Supersport.Az xəbər verir ki, bu turnirə qatılan milli komandamızın üzvləri artıq medallara sahib olub. İki günün nəticəsinə görə təmsilçilərimiz 1 qızıl, 3 gümüş və 3 bürünc, ümumilikdə 7 medal qazanaraq yarışda uğurlu çıxışlarını davam etdirir.

Belə ki, yarışın ilk günü yeniyetmələrdən ibarət yığmamızın idmançıları, 37 kq çəki dərəcəsində mübarizə aparan Aysu Məmmədova gümüş medal, Pərviz İsgəndərov ( -45 kq) isə bürünc medal qazanmışlar.


Bu gün isə dayanq üzərinə çıxan gənc yığmamızın taekvondoçularından Ayaz Qənbərli (-51 kq) bütün rəqiblərini yarışdan kənarlaşdıraraq komandanın hesabına qızıl medal əlavə edib. Mehriban Məmmədova (-44 kq) və Orxan Tağızadə (+78 kq) isə finalda məğlubiyyətlə üzləşib. Sevda Pirseyidova (-44 kq) yarımfinal mərhələsində yarışla vidalaşıb.
Aran T.K-nun yetirməsi olan Minayə Əkbərova da turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, sayca 4 olan “Turkish Open” beynəlxalq turnirndə yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız tam heyətlə təmsil olunur.

Digər xəbərlər