"Qəbələ"nin gələcəyi rekordun bir addımlığında

"Qəbələ"nin gələcəyi rekordun bir addımlığında
Futbol
11 Fevral 2017 - 23:03
Bu gün əvəzedicilərin yarışında XVIII tura start verilib. Günün ilk qarşılaşmasında “Qəbələ” “Zirə”nin qonağı olub. Ötən mövsümün çempionu olan “qırmızı-qaralar” səfər oyununa 8 matçlıq qələbə seriyasını davam etdirmək iddiası ilə çıxıb. Bunun nəticəsidir ki, yarışın lideri olan Hüseynqulu Quliyevin yetirmələri qarşılaşmanın taleyini matçın əvvəlində həll edib. Belə ki, Ülvi İsgəndərov 12-ci dəqiqədə hesabı açıb. Bu top onun mövsümdə 7-ci qolu olub. Cəmi 2 dəqiqə sonra “Qəbələ” fərqi artırıb. Ardıcıl 3-cü dəfə meydanı qolsuz tərk etməyən Rövlan Muradov fərqlənib – 2:0. Bununla da futbolçumuz mövsümdə 5-ci qolunu vurub. Meydan sahibləri matçın sonunadək məğlubiyyətdən qaçmağa çalışsa da, yalnız 1 qol vurmağı bacarıblar. 67-ci dəqiqədə Vüsal İsgəndərli penalti ilə fərqi minimuma endirib.
Beləliklə, “Qəbələ” ardıcıl 9-cu qələbəsini qazanıb. “Qırmızı-qaralar” ötən mövsüm imza atdıqları 10 qələbədən ibarət öz rekord seriyasının bir addımlığındadır.

Əvəzedicilər

N Klublar O Q H M T-F X

1 Qəbələ 18 13 2 3 42-18 41
2 Qarabağ 18 10 4 4 34-21 34
3 Neftçi 17 10 1 6 26-20 31
4 Zirə 18 6 5 7 22-21 23
5 Kəpəz 18 6 5 7 22-26 23
6 İnter 17 6 5 6 12-12 23
7 Sumqayıt 17 4 1 12 25-41 13
8 AZAL 17 3 1 13 23-47 10

Renat Aşurov (AZAL) - 9 qol

Ramil Hasanov ("Qəbələ") - 9 qol

Şahin Əliyev ("Qarabağ") - 7 qol

 

Digər xəbərlər