Braziliyada vəhşilik: olimpiya idman qurğuları dağıdılır - Foto-Video

Braziliyada vəhşilik: olimpiya idman qurğuları dağıdılır - Foto-Video
Futbol, Olimpiya, Video, Foto
11 Fevral 2017 - 22:31
72E8AB27-B9B1-4AD7-803E-F57144CFB756-199-000000D336282009_tmp0664B2D2-8DDA-4DB0-9BA5-A8F98E251B97-199-000000C834EF488F_tmp515098E4-79C0-4076-B050-05424AF7198D-199-000000D317025D84_tmp78B5F271-6A29-4291-9850-A7C9108732D5-199-000000D30D87B1F6_tmp68BA7DE3-2876-4864-95EC-B0E8618F6132-199-000000D3128D21F3_tmp44F66181-8446-453D-8173-2A6BE5F59A2C-199-000000D33C138C05_tmp

Supersport.Az-ın məlumatına görə, Rio Olimpiadası üçün istifadə olunan idman qurğuları 6 ay sonra xarabaya dönüb. Bu sırada "Marakana" stadionu da var.


Buna səbəb Braziliyanın ciddi iqtisadi böhranla üzləşməsidir.

Oyunların açılış və bağlanışın keçirildiyi "Marakana" stadionunun kresloları və ot örtüyü sökülərək oğurlanıb.

Rio Bələdiyyəsi tərəfindən idman qurğusunun ödənməyən elektrik borcu 1 milyon dolları keçib və bu səbəblə stadion qaranlığa qərq olub.

Braziliya mətbuatına açıqlamasında "Marakana"nın rəsmisi Daelsio de Freytas vəziyyətin dəhşətli olduğunu bildirib:

"Stadionun meydançasının sökülməsi və oturacaqlarının oğurlanması tək problem deyil. Bizi ən çox narahat edən məqam idman qurğusunun tavanın sökülməsi halında ortaya çıxacaq təhlükələrdir".

Oyunların ardından boşaldılan "Olimpiya Parkı"nda yer alan idman salonları, tennis mərkəzləri və qolf sahələri də çürüdülür.

Maliyyə böhranı xalqı ağır vəziyyətə saldığından idman qurğuları yaddan çıxıb, bağlanılıb.




https://m.youtube.com/watch?feature=youtu.be&v=YHguBnA4UM4

Digər xəbərlər