"Barselona"dan Arda Turan qərarı: gedir, yoxsa qalır?

"Barselona"dan Arda Turan qərarı: gedir, yoxsa qalır?
Maqazin, Futbol
10 Fevral 2017 - 05:28
Supersport.Az-ın məlumatına görə, "Barselona" türk futbolçuyla bağlı qərarını verib.

Baş məşqçi Luis Enrike Arda Turan üçün 50 milyon avro təklif edən Çin klubuna oyunçusunu satmaq istəmədiyini bildirib. Bu haqda "Marca" qəzeti məlumat verib.

"Barcelona"da bu mövsüm iki dəfə het-trik edən və karyerasında ən çox qol vurduğu sezonunu keçirən Arda Turan üçün çinlilər 3,5 illik müqavilə və hər mövsüm 17 milyon avro təklif etmişdi. Bu rəqəm ispan klubunda olan məbləğin üç qatıdır.

"Barselona"ya gətirilərkən 41 milyon avro dəyərlə ən çox pul ödənilən türk futbolçu Arda Turan, transfer reallaşarsa, yeni rekord vuracaqdı.

 

 

Digər xəbərlər