"Azərreyl" Çempionlar Liqasında növbəti qələbəsini qazandı

"Azərreyl" Çempionlar Liqasında növbəti qələbəsini qazandı
Digər, Voleybol
09 Fevral 2017 - 19:45
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Bakının “Azərreyl” klubu fevralın 9-da növbəti qələbəsini qazanıb.

Supersport.Az xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Fransanın “Sen-Rafael” komandasını qəbul edib.

İsveçrəli baş hakim Kristian Volfun idarə etdiyi oyun “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupa 12 xalla İstanbulun “Fənərbağça” komandası liderlik edir. “Azərreyl” 9 xalla ikinci, “Dabrova Qornitsa” (Polşa) 3 xalla üçüncü pillədə qərarlaşıb. “Sen-Rafael”in isə xalı yoxdur.

Digər xəbərlər