Reynaldo: "Bunu etmək gücündəyik" - Video

Reynaldo: "Bunu etmək gücündəyik" - Video
Futbol
09 Fevral 2017 - 03:48
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"dan "Adanaspor"a keçən Reynaldo dos Santos Silva açıqlama verib.

Superliqa klubunun formasını geyən braziliyalı futbolçu, qarşıdakı turlarda qələbənin vacibliyini qeyd edib, "Qaziantepspor"la oyuna diqqət çəkib:

"İki komanda üçün son dərəcə vacib oyun olacaq. Son turlarda formada olan "Adanaspor" var. Bir an öncə yuxarı sıradakı rəqiblərimizlə aradakı xal fərqini aradan qaldırmalıyıq. Bunu etmək gücündəyik. Superliqada verilən fasiləni yaxşı dəyərləndirdiyimizi düşünürük. Bu həftə sıx qrafikdə çalışıb Qaziantep səfərindən xalla qayıtmaq istəyirik".

Digər xəbərlər