Abu-Dabidə həyəcan dolu “Red Bull Air Race” yarışları start götürür – Fotosessiya

Abu-Dabidə həyəcan dolu “Red Bull Air Race” yarışları start götürür – Fotosessiya
Digər, Formula-1, Foto
08 Fevral 2017 - 19:27
Fevralın 10-da Abu-Dabidə “Red Bull Air Race” yarışlarının yeni mövsümü başlayır. Final yarışı isə avto-idmanın Məkkəsi hesab edilən və planetin ən qədim avtodromlarından olan “İndianapolis Motor Spidvey” üzərində olacaq.

Supersport.Az xəbər verir ki, “Red Bull Air Race” planetin ən sürətli mühərrik çempionatının adını daşıyır. İdman təyyarələrinin maksimum sürəti 400 km/s keçir.

Pilotlar “hava darvazaları” adlanan 20 metrlik pilonlar arasından vaxt hesabı keçirlər. Yarış yerə yaxın hündürlükdə keçirilir, bu isə pilotlardan yüksək ustalıq tələb edir. Dünyada bu tapşırığın öhdəsində gələn insanlar azdır.

Bu mövsümdə nəfəs kəsən mübarizə vəd edən yeni mərhələlər və dəyişik format gözlənilir. Üçqat çempion Pol Bonom istirahətə gedib, bu isə o deməkdir ki, onun zirvədəki yeri mövsümün sonuna qədər boş olacaq. Bundan başqa, 2017-ci ildə çempionatda ilk dəfə xanım iştirakçı olacaq. Kişilərə rəqib çıxan bu xanım Fransanın akrobatika üzrə çempionu Melani Astledir.

Qeyd etmək lazımdır ki, 2017-ci ildə çempionat öz tarixində ilk dəfə Rusiyanın Kazan şəhərində fasilə edəcək.

Səmadakı yarışlardan öncə, onlayn oynamaq mümkündür - http://bit.ly/2koi0FV

 

Defending Red Bull Air Race World Champion Matthias Dolderer of Germany leads fellow pilots Nicolas Ivanoff of France and Martin Sonka of the Czech Republic on a pre-race flight over the new 160,000-square-meter Presidential Palace in Abu Dhabi, UAE on February 6, 2017, ahead of the tenth consecutive season opener at the city’s famed Corniche. The race kicks off with Qualifying on Friday, 10 February, followed by Race Day on Saturday, 11 February 2017.

da1

Digər xəbərlər