Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edildi

Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edildi
Digər
07 Fevral 2017 - 21:28
Supersport.Az-ın məlumatına görə, bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə bir qrup fəal paytaxt gəncləri Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar olaraq II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər. Gənclər şəhidin məzarına tər çiçəklər düzüblər.

Tədbirdə çıxış edənlər cəsur Azərbaycan oğlu Mübariz İbrahimovun igidliyindən danışıb, şəhidliyin ən uca zirvə olduğunu vurğulayıblar. Qeyd edilıb ki, bu hadisə düşmənə Azərbaycan ordusunun və bütövlükdə vətəndaşlarının torpaqlarımızın işğal altında olması faktı ilə barışmayacağı haqqında qətiyyətli mesaj və böyük zərbə olub.

Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

FC38531B-0059-4313-A82A-1161D3438F0D-191-0000002DBCA006E6_tmp

A360466E-3236-4C3E-BF6F-BE1119AEC6D8-191-0000002DD58DECE7_tmp

C654EC7E-B25C-4036-8E7A-1825B2B2F3E0-191-0000002DCDA7CB2D_tmp

Digər xəbərlər