Eksklüziv - Azərbaycan futbolçusu Gürcüstan klubunda

Eksklüziv - Azərbaycan futbolçusu Gürcüstan klubunda
Futbol, Eksklüziv
07 Fevral 2017 - 19:40
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın futbolçusu karyerasını Gürcüstanda davam etdirəcək.

Söhbət qolkiper Ramil Kərimovdan gedir.

Bu qapıçı karyerası ərzində  "Turan", "Kəpəz", "Neftçala" klublarında çıxış edib. Ramilin son komandası "Şərurspor" olub.

Azərbaycanlı futbolçu, Gurcüstanın birinci liqasında mübarizə aparan "Terjola Zapovnela" klubuna keçib. Bu haqda saytımıza qolkiperin özü məlumat verib. Transfer qiyməti gizli saxlanılan Ramil Kərimov bu gün Gürcüstana yola düşüb. Gürcülər onunla sabah 1 illik müqavilə imzalayacaqlar.

Nurlan Cəfəri

 

 

 

 

Digər xəbərlər