Azərbaycan yığmasına güclü rəqiblər düşdü - Video

Azərbaycan yığmasına güclü rəqiblər düşdü - Video
Digər, Güləş
07 Fevral 2017 - 05:02
Fevralın 16-17-də İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək.

Fevralın 6-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan yığma komandası Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A" yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə "B" yarımqrupunda yarışacaqlar.


Fevralın 16-da yarımqrup, bir gün sonra isə final görüşləri keçiriləcək.

Ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004-cü və 2009-cu illərdə dünya kubokunun sahibi olub.

Digər xəbərlər